ÖZ XƏBƏR

Naxçıvan Şəhər Sukanal İdarəsində İT infrastrukturunun yaradılması üçün 295 min manatdan çox vəsait ayrılır

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi Naxçıvan Şəhər Sukanal İdarəsində informasiya texnologiyaları infrastrukturunun yaradılması məqsədilə kompüter avadanlıqlarının satın alınmasını nəzərdə tutur.
32gun.az xəbər verir ki, sözügedən satınalma layihəsi çərçivəsində kompüter və digər İT avadanlıqlarının alınması planlaşdırılır.

Satınalmanın ehtimal olunan qiyməti 295.600,62 manat təşkil edir.

Ayaz

Oxşar Xəbərlər