KRİMİNAL

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - "Ramiz Mehdiyev işi"nə görə

Mühacirətdə yaşayan AXCP sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

"32gun.az" xəbər verir ki, bu barədə Fuad Qəhrəmanlı özü məlumat yayıb. 

Qəhrəmanlı bildirib ki, DTX-nın İstintaq İdarəsi onu "Ramiz Mehdiyev işi" üzrə ifadə verməyə çağırıb.

Qəhrəmanlının sözlərinə görə, hazırda ölkədə olmadığı üçün sualları telefonla cavablandırmağı təklif edib:

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.

Oxşar Xəbərlər