HADİSƏ

Xaçmazda üç avtomobil toqquşdu - Xəsarət alan var

Xaçmazda zəncirvari yol qəzası baş verib.

"32gun.az" xəbər verir ki, hadisə Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107, "Toyota" və "Priora" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində VAZ-2107-də olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər