SON DƏQİQƏ! Məmurlara icazəsiz ölkədən getmək qadağan edildi - Bu səbəbə görə
Pakistanın Federal Təhqiqatlar Agentliyinin (FIA) təhlükəsizlik və İmmiqrasiya Xidmətinin əməkdaşlarına etirazın olmaması barədə sertifikat olmadan ölkədən gedən dövlət məmurlarının buraxılmaması barədə tapşırıqlar verilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bütün beynəlxalq hava limanlarında FİA əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib. Xidmət əməkdaşlarına xüsusi icazə olmadan xaricə getmək istəyən bütün dövlət qulluqçularının qarşısının alınması tapşırılıb.
Aprelin 3-də Pakistanın İnformasiya və Yayım naziri Fərrux Həbib Pakistan hökumətinin istefaya göndərildiyini açıqlayıb.Aprelin 9-da Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Ölkə parlamenti aprelin 11-də yeni baş nazirin seçilməsinə səs verəcək.