Bu, acınacaqlı görünür - Zelenskidən müraciət
Ölkəmizin cənubunda işğalçılar ən azı Rusiyada ukraynalıların Rusiya strukturları ilə əməkdaşlığa guya hazır olması kimi təqdim oluna biləcək bir şeyi nümayiş etdirməyə çalışırlar. Bu, acınacaqlı görünür.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski işğal olunmuş yaşayış bölgələrin sakinlərinə müraciətində bildirib.
Prezident vurğulayıb ki, ukraynalılar dövlətin bütün regionlarında Ukraynanın milli birliyini və milli dövlətçiliyini dəstəkləyir:
“Bu aydın mövqeyə görə müvəqqəti işğal olunmuş şəhərlərin, müvəqqəti işğal olunmuş Xerson, Kaxovka, Melitopol rayonlarının bütün sakinlərinə və bütün digər icmalarımıza minnətdaram. İşğalçılarla əməkdaşlıq yoxdur. Biz nə qədər prinsipial olsaq, siz nə qədər prinsipial olsanız, normal həyat bir o qədər tez qayıdacaq”.(Axar.az)