SOSIAL

Səmayə Məmmədovaya yeni vəzifə verildi - AÇIQLAMA

Tanınmış jurnalist, PR mütəxəssisi Səmayə Məmmədova Təhsil Nazirliyində işə başlayıb. 

32gun.az xəbər verir ki, Səmayə Məmmədova yeni təyinatı ilə bağlı AZXEBER.COM-a açıqlama verib.

O, açıqlamasında yeni təyinatını təsdiqləsə də, nazirlikdə hansı vəzifəni tutacağı haqda məlumat verməyib: "Təhsil Nazirliyində vəzifəyə təyinatım doğrudur. Ancaq nazirlikdə hansı vəzifəni tutacağımı hələlik açıqlamıram".

Qeyd edək ki, Səmayə Məmmədova bu təyinatından əvvəl Gənclər və İdman Nazirliyinin və BNA-nın mətbuat xidmətində çalışıb.

Oxşar Xəbərlər