SON DƏQİQƏ! Operativ Qərargah vacib iki məlumatı əhaliyə çatdırdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 921 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 50 nəfərdir.
Ölkədə son sutka ərzində 3 110, hazırkı dövrədək isə 6 858 298 test aparılıb.
Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 487, üç və daha çox doza vaksin vurduranların sayı 2 412, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 691 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 534, üç və daha çox doza vaksin vurduranların sayı 3 259 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 406 təşkil edir.