SOSIAL
SON DƏQİQƏ! Operativ qərargah iki vacib məlumatı əhaliyə çatdırdı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
32gun.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3197 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 451, üç və daha çox doza vaksin vurduranların sayı 2170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 nəfərdir.