SİYASƏT
İki Bayraktar Akıncı PUA-sı 2 min kilometr qət edərək Bakıya gəldi - VİDEO
“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana gəlib.
Sfera.az xəbər verir ki, festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.
Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.

Ad - 00:15
Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı PUA-ları Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.