SOSIAL

Azərbaycanda 41 yaşlı alimin ölümü ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru 41 yaşlı Emil İsgəndərli vəfat edib.

Emil İsgəndərlinin intihar etdiyi məlum olub. O, ötən gün çoxlu miqdarda dərman qəbul edərək həyatına son qoyub.

Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Nəsimi Rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.İsgəndərli 1981-ci il noyabrın 18-də anadan olub. Əhəmənilər dövrü arxeologiyası üzrə mütəxəssis Bakı Dövlət Universitetini bitirib. //report

Oxşar Xəbərlər