Mbappe Vinisiusa yönələn tənqidlərə reaksiya verdi: “Fitə basılacaqsınızsa, bütün komanda fitə basılmalıdır”
Madridin “Real” klubunun hücumçusu Kilijan Mbappe azarkeşlərin komanda yoldaşı Vinisius Juniora ünvanladığı tənqidlərə münasibət bildirib.
32guj.az bildirir ki, Bu barədə jurnalist və insayder Fabrizio Romano sosial şəbəkə X-də məlumat yayıb.
Mbappenin sözlərinə görə, yaranmış vəziyyətdə məsuliyyət yalnız bir futbolçunun üzərinə atılmamalıdır:
“Azarkeşləri başa düşürəm. Aydındır ki, biz nəyisə düzgün etmirik. Əgər fitə basacaqlarsa, bütün komandaya fitə bassınlar. Tək bir futbolçunu ayırmaq düzgün deyil,” — deyə Mbappe qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İspaniya Kubokunun 1/8 final mərhələsində keçirilən səfər oyununda “Albasete” azarkeşlərindən biri Vinisiusa banan qabığı atıb və onu irqçi ifadələrlə təhqir edib.
Qeyd edək ki, Vinisius Junior son illər La Liqa matçlarında dəfələrlə irqçiliklə bağlı insidentlərin hədəfinə çevrilib və bu məsələ beynəlxalq futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Ayaz