Cavid Qurbanovun sədri olduğu qurumdan Ulu Öndərə hörmətsizlik - FOTO+ VİDEO
Cavid Qurbanovun sədri olduğu "Azərbaycan Dəmir Yolları" QSC-də ümummilli lider Heydər Əliyevin sözləri çıxarılıb.
32gun.az-ın məlumatına görə, bütün dövlət qurumlarının rəsmi saytlarında ümummilli lider Heydər Əliyevin dəyərli fikirləri , eləcə də cənab prezident İlham Əliyevin də sözləri yer almaqdadır.
Ancaq maraqlıdır ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi saytında (ady.az) bunlar nəzərə alınmayıb, ulu öndərin dəyərli fikirlərinə yer verilməyib.
***
Xatırladaq ki, mətbuatda gedən məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov 1994-cü ildə ozamankı prezident Heydər Əliyevin fərmanı ilə işdən qovulubmuş. Bu barədə prezident Heydər Əliyevin 15 noyabr 1994-cü il tarixli 237 saylı fərmanında deyilir: “Cavid Qəmbər oğlu Qurbanov (fərman haqqında ətraflı burada) işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin”.

Nilay