SOSIAL

Azərbaycanlı jurnalist barəsində HƏBS QƏRARI VERİLDİ - FOTO

Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyununun tanınmış iştirakçısı, azərbaycanlı jurnalist Rövşən Əsgərovun barəsində qiyabi həbs qərarı çıxarılıb.

32gun.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, aprelin sonu Rusiyada R.Əsgərov barəsində cinayət işi başlanılıb. O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.

RF İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.

R. Əsgərov bir müddət əvvəl Rusiyada axtarışa verilib. 

Rövşən Əsgərov barəsində HƏBS QƏRARI VERİLDİ

Oxşar Xəbərlər