HADİSƏ

Bakıda gecə saatlarında dəhşət - İki qadın yaralandı

Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Əli Bayramov küçəsində yolu keçən 1990-cu il təvəllüdlü Məmmədova Sonaxanım Xalid qızı və 1989-cu il təvəllüdlü Məmmədova Günel Atif qızını minik avtomobili vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Oxşar Xəbərlər