HADİSƏ
"Torqovı"da işıq dirəyi yandı - VİDEO
Bakıda işıq dirəyi yanıb.
Lent.az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Səbail rayonu Nizami (Torqovı) küçəsində qeydə alınıb. Buradakı işıq dirəklərindən biri qəflətən alışaraq, yanmağa başlayıb.
Dərhal Fövqəladə hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik: