DTX-nin saxladığı generalın kimliyi bilindi (YENİLƏNİB+ FOTO)
Dövlət Təhlükəsizlik xidməti Bakıda böyük əməliyyat keçirib.
Dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.
Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Bakupost.az
***
20:42
Trend-in əldə etdiyi məlumata görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.
Qeydi-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.
Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
***
23:43
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.
Bakupost.az xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.
Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.