DÜNYA

10 ay sonra ərinin qadın olduğunu öyrəndi - "Gözlərimi bağlayıb, işıqları söndürdükdən sonra..."

Ötən gün İndoneziyada qəribə hadisə baş verib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, N.A. adlı qadın A.A ilə adlı bir şəxslə dini nikahla ailə qurub. 

Gənc qadın  evləndikdən 10 ay sonra həyat yoldaşının bir kadın olduğunu öyrənib. Belə ki,cütlük tanışlıq saytında tanış olub və danışıb görüşməyə başlayıblar. A.A özünü cərrahiyyə üzrə təhsil alan iş adamı kimi təqdim edib. Münasibətləri günü-gündən yaxşılaşan cütlük evlənmək qərarına gəlib.

İddialara görə A.A uzun müddət nikah üçün tələb olunan rəsmi sənədləri hazırlamayıb. Bu səbəbdən bəy N.A ilə dini toy edib. Evləndikdən sonra cütlük N.A.-nın ailə evinə köçüb. Gün keçdikcə gənc qadının ailəsi A.A.-nın hərəkətlərindən və şəxsiyyətindən şübhələnməyə başlayıb. Bu vəziyyətdən narahat olan A.A həyat yoldaşı ilə birlikdə şəhərdən kənardakı tənha evə gedib. N.A. bir neçə ay bu evdə həbs olunmuş kimi saxlanılıb. 

N.A.-nın ailəsi isə qızlarının itkin düşdüyünü bildirərək polisə müraciət edib.

Araşdırma zamanı A.A-nın əslində kişi olmadığı və adının əslində E.Y olduğu ortaya çıxıb.

Cinsi münasibətdə necə okduqları soruşulan N.A həyat yoldaşının onun gözlərini bağladığını və həmişə işığı söndürdüyünü deyib. N.A və ailəsi, A.A-nın onlardan 10 aylıq evlilikləri müddətində 16 min 531 sterlinq aldığını və qaytarmadıqlarını iddia edib.

Tərəflər arasında mıhkəmə prosesi davam edir.

Nilay

Oxşar Xəbərlər