HADİSƏ
Öncə sevgilisini, sonra özünü vurdu - VİDEO
Türkiyənin Batman şəhərində sevgilisini tapança ilə vuran şəxs, daha sonra eyni silahla özünü güllələyib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin baş vermə səbəbi sevgililər arasında mübahisənin başlaması olub. Hadisə yerinə təcili tibbi yardım və polis qrupları sövq edilib.
Reanimasiyaya yerləşdirilən K.S. və Ş.D.A.-nın həyati təhlükəsi olduğu bildirilir.
Nurlan Şiraliyev
