HADİSƏ
SON DƏQİQƏ! Azərbaycanda gecə saatlarında DƏHŞƏR - Ölən və yaralananlar var
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil beton dirəyə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin - Sabirabad rayonunun Türkədi kənd sakini, 2001-ci il təvəllüdlü Şəmmədov Bəybala Əli oğlu hadisə yerində ölüb.
Avtomobildə olan digər 2 nəfər Sabirabad Rayon Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.