HADİSƏ
Azərbaycanda daha bir kütləvi ZƏHƏRLƏNMƏ
Azərbaycanda pambıq tarlasında kütləvi zəhərlənmə olub.
TƏBİB-dən 32gun.az-a verilən məlumata görə, hadisə Saatlı rayonunu Nəsimikənd kəndində baş verib.
Belə ki, 8 qadın dəqiqləşdirilməmiş kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra isə ambulator müalicə üçün evə buraxılıblar.