HADİSƏ
Bakıda şadlıq sarayında BIÇAQLANMA
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Altun” şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib.
32gun.az-ın məlumatına görə, gecə saat 01 radələrində şadlıq sarayında Laçın rayon sakini, 1972-ci il təvəllüdlü Yaqub Mehdiyev bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalardan sonra hadisənin Məmməd Hüseynov adlı şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. //Qafqazinfo