DÜNYA

Ukraynadakı döyüşlərdə bu məşhur qadın ÖLDÜRÜLDÜ (VİDEO/FOTO)

Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya gedən 3 braziliyalı könüllünün cəbhə xəttində həlak olduğu açıqlanıb.

Onlardan birinin keçmiş model və aktrisa Thalita do Valle olduğu öyrənilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı Vallenin Xarkov yaxınlığında ruslara qarşı döyüşərkən həlak olduğu bildirilir. 

Həmçinin, Braziliya mediası əlavə edib ki, Rusiya raketləri könüllü döyüşçülərin yerləşdiyi bunkerə düşüb və hücum nəticəsində onların olduqları binada yanğın baş verib.

Bundan başqa modelin daha əvvəl İraqda DEAŞ-a qarşı döyüşdüyü öyrənilib.

Qeyd edək ki, gəncliyində modellik edən və aktyor kimi məşhurlaşan Valle sonralar heyvan hüquqları müdafiəçisi kimi tanınıb.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər