HADİSƏ
Xəbər üçün gedən gənc jurnalist FACİƏVİ şəkildə öldü
Türkiyədə jurnalist faciəvi şəkildə ölüb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kayseri şəhərində baş verib.
Xəbər hazırlamaq məqsədilə şəxsi motosikleti ilə əraziyə gələn 25 yaşlı jurnalist Hamza Yüksel park edilmiş avtomobilə çırpılıb. Daha sonra o yola düşüb və arxadan gələn avtomobilin altında qalaraq, 200 metr sürüklənib.
H.Yüksel dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

