HADİSƏ

14 yaşlı yeniyetmə kanalda BOĞULDU

Qusar rayonunda bədbəxt hadisə baş verib.

32gun.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quxuroba kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub.

Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Oxşar Xəbərlər