HADİSƏ

Nabranda istirahət mərkəzində 5 nəfər ZƏHƏRLƏNDİ

Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.

32gun.az apa-ya istinadən xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.

Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə onlar qidadan zəhərlənib.

Fakt araşdırılır.

Oxşar Xəbərlər