HADİSƏ
Bakıda arvadını öldürmək istəyən kişiyə HÖKM OXUNDU
Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Namiq Rəsulova hökm oxunub
32gun.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Namiq Rəsulov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Ailə münaqişəsi zəminində N.Rəsulov həyat yoldaşı Fərqanə Rəsulovaya bıçaq xəsarətləri yetirib. Namiq Rəsulov daha sonra özünə bıçaq xəsarətləri vurub. Hər iki şəxsi xilas etmək mümkün olub.
N.Rəsulova qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.