DÜNYA

Consona GÖZLƏNİLMƏZ VƏZİFƏ: Yeni iş yeri təəccübləndirdi

Böyük Britaniyanın istefa vermiş Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi postuna əsas namizəddir.

32gun.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb. Mənbə qəzetə bildirib ki, dünya siyasətində mühüm rol oynayan Conson yüksək posta təyinat alacaq. Məlumata görə, Consonun Ukrayna müharibəsində Rusiyaya qarşı tutduğu mövqe onu NATO-nun ali postuna iddialı edib. Bir sıra dairələr Boris Consonun baş katib təyin olunması üçün namizədliyini irəli sürüb.

Lakin Fransa Prezidenti Emmanuel Makron Consonun NATO-nun ali postuna təyinatına veto qoya bilər. Məlumata görə, buna səbəb iki ölkə arasında bəzi ərazi və ticarət problemlərinin olmasıdır. Consonun Ukrayna üzrə xüsusi nümayəndə kimi təyin olunması da gündəmdədir. /metbuat.az

Oxşar Xəbərlər