HADİSƏ

Azərbaycanda sevgilisi tərəfindən bıçaqlanan qız ÖLDÜ (YENİLƏNİB)

Balakəndə birgə yaşadığı qadını qətlə yetirən şəxs barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 32gun.az-a bildirilib ki, iyunun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub.

*** 15:00

Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.

Oxu.Az xəbər verir ki, Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

*** 14:40

Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

Hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində boynundan bıçaqla xəsarət yetirib.

Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər