Yeni doğulan körpəsinin cəsədini zibil qutusuna atan ananın TÜKÜRPƏDƏN İFADƏSİ
Ölü doğulduğunu iddia etdiyi körpəsini zibil qutusuna atan və hadisədən sonra həbs edilən qadının ifadəsi ortaya çıxıb.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Körpəsini zibil qutusuna atan ana ifadəsində "Onu mən öldürmədim, ölü doğuldu, nəfəs almasını gözlədim, nəfəs almadı. Onu belə görəndə qorxdum. Çox arıq körpə idi, təlaşa düşüb çantaya qoydum” - deyə, bildirib.
Şübhəlinin vəkili isə müvəkkilinin təcavüzə uğradığını və hamilə olduğunu şokdan çıxmadan öyrəndiyini müdafiə edərək, "Ailəsinə deyə bilmədi. Şokdadır, Doğuşdan sonra səhhətində yaranacaq problemlərə görə ilk olaraq onun azadlığa buraxılmasını, əks halda məhkəmə nəzarəti müddəalarının tətbiqini tələb edirik” - deyə, söyləyib.
Nurlan Şiraliyev