HADİSƏ
Azərbaycanda maşın aşdı, 2 nəfər ÖLDÜ
Siyəzəndə maşın aşıb.
Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, avqustun 1-də saat 11 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Qladçenko idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.
Nəticədə sərnişinləri Anna Dmitriyevna hadisə yerində, Nüşabə Sultanova isə xəstəxanaya yerləşdirildikdən sonra orada ölüb. Sürücü və digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.