Məşhur mağazanın filial müdirinin ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA (YENİLƏNİB)
“Şəxs indi ölməyib, hadisə iyulun 24-də baş verib”.
32gun.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.
O, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını diqqətə çatdırıb:
“Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən “Kiğılı” geyim mağazasının əməkdaşı olduğu dəqiqdir. Anbar otağında tapılıb, hazırda ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticəsi isə 20 günə müəyyənləşəcək”.
*** 09:45
Bakıda mağaza müdirinin iş yerində meyiti tapılıb.
32gun.az xəbər verir ki, hadisə iyulun 24-də paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, "Kığılı" geyim mağazasının "Elmlər" filialının müdiri, 1991-ci il təvəllüdlü Rəşid Əliyevin həmin filialın anbar otağında meyiti aşkar olunub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.