DÜNYA
Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
Azərbaycan Ordusunun dünən Qarabağda keçirdiyi "Qisas" əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.
32gun.az xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri” Mikael Ayryan bildirib.
Onun sözlərinə görə, 4 yaralının vəziyyəti ağırdır: "Onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”.