DÜNYA

Putin Ukraynadakı əməliyyatlardan DANIŞDI

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyata BMT Nizamnaməsinə tam uyğun olaraq başladığını bildirib. 

32gun.az xəbər verir ki, bu barədə o, beynəlxalq təhlükəsizlik üzrə onuncu Moskva konfransının iştirakçılarına və qonaqlarına müraciətində bildirib.

O, aydınlaşdırıb ki, bu əməliyyatın məqsədləri Rusiya və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək, həmçinin Donbass sakinlərini soyqırımdan qorumaqdır.

"Hazırda Ukraynadakı vəziyyət onu deməyə əsas verir ki, ABŞ bu münaqişəni uzatmaq istəyir", - Putin deyib.

Onun sözlərinə görə, hegemonluğu saxlamaq üçün Qərb ölkələrinin nümayəndələri münaqişələrdə iştirak edirlər və Ukrayna üçün “top yemi” hazırlayırlar.

“Qərbin Avropada təhlükəsizliyi təmin etmək vədləri ikiüzlülükdür. Əslində, hər şey əksinə baş verir”, - Rusiya prezidenti vurğulayıb.

Oxşar Xəbərlər