HADİSƏ

Füzulidə sərhəddə TƏCİLİ ƏMƏLİYYAT: Saxlanılanlar görün kimdir (Foto)

Əcnəbi vətəndaşlar qanunsuz yolla Azərbaycandan İrana keçmək istəyiblər.

Dövlət Sərhəd Xidmətindən 32gun.az-a verilən məlumata görə, avqustun 12-də saat 22 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonu, Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

İlkin araşdırma zamanı əcnəbilərin iyulun 25-i və 29-da Azərbaycana turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İrana, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdiriib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar Xəbərlər