DÜNYA

TƏCİLİ! Rusiya Ermənistana nota verdi

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib.

32gun.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan KİV-nin Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

Qeyd edək ki, avqustun 14-də baş vermiş hadisə nəticəsində 16 nəfər həyatını itirib, 3 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə 62 nəfər zərər çəkib. Baş vermiş faciə ilə əlaqədar Ermənistanda avqustun 17-18-də ikigünlük matəm elan edilib.

Oxşar Xəbərlər