SOSIAL

Polis bu məşhur şadlıq evinin sahibi barəsində araşdırma aparır - Görün kimdir (FOTO)

Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 32gun.az-a verilən məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə  toy mərasimində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkarlanıb.

Yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Aytac” şadlıq sarayında keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Karantin rejimindən irəli gələn tələblər bir daha obyektin icraçı direktoru Zaur Kərimovun diqqətinə çatdırılıb və onun barəsində Şəki şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanılıb.

 

Oxşar Xəbərlər