Duqinin qızının qatilləri məlum oldu - FOTO
“Milli Respublika Ordusu” rusiyalı politoloq Aleksandr Duqinin qızı Darianın qətlini öz üzərinə götürüb.
32gun.az bildirir ki, bu barədə 2016-cı ildən Ukraynada yaşayan keçmiş rusiyalı deputat İlya Ponomarev açıqlama verib.
O, "Утро Февраля" nəşrinə “Milli Respublika Ordusu”nun bəyanatını oxuyub: “Biz, rusiyalı fəallar, hərbçilər və siyasətçilər, indi Milli Respublika Ordusunun partizanları və döyüşçüləri, Rusiya xalqlarının müharibə qızışdırıcılarını, soyğunçularını və zülmkarlarını qanundankənar hesab edirik! Biz Prezident Putini hakimiyyəti qəsb edən və Konstitusiyaya düzəlişlər edən, slavyan xalqları arasında qardaş qırğınına səbəb olan və rus əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkar sayırıq”.
Bəyanatda qeyd olunub ki, hüquqlarından məhrum edilmiş insanların tiranlara qarşı üsyan etmək hüququ var.
Avqustun 20-də rusiyalı politoloq Aleksandr Duginin qızı Daria Dugina avtomobilinin partlaması zamanı həlak olub. Hadisənin Daria Duginanın saat 21-də “Tradition” festivalından qayıdarkən baş verdiyi bildirilir.