KRİMİNAL

Azərbaycanda daha bir AİLƏ FACİƏSİ: Ər arvadını...

Qusarda ər arvadını qətlə yetirib.

Rayon prokurorluğundan 32gun.az-a verilən məlumata görə, avqustun 30-da Piral kənd sakini 1988-ci il təvəllüdlü Aksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Farik Mollayev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

Oxşar Xəbərlər