KRİMİNAL

Ağır cinayətlər törədən əcnəbi Bakıda görün harada TUTULDU

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Bakı istintaq təcridxanasının əməliyyat aparatları Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşları ilə birgə  əməliyyat-axtarış tədbirləri keçirib.

Hər iki qurumun mətbuat xidmətindən 32gun.az-a daxil olan məlumata görə, ağır cinayət törətməkdə şübhəli bilinən Maldiv Respublikasının vətəndaşı Ahmed Anaam İbrahim Bakı İstintaq təcridxanasının qarşısında tutulub.

O, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşlarına təhvil verilib. //Lent

Oxşar Xəbərlər