KRİMİNAL

39 yaşlı Hikmət 7-ci arvadını nəyə görə bıçaqlayıb? - TƏFƏRRÜAT (VİDEO)

Kürdəmirdə ər əvvəlcə ondan ayrılmaq istəyən həyat yoldaşına, sonra onun nənəsina, daha sonra isə özünə ağır bıçaq xəsarəti yetirib. Hər 3 yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

32gun.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Kürdəmir rayonunda 2 qadını bıçaqlayan şəxs özünə xəsarət yetirib.

Lənkəran rayon sakini, 39 yaşlı Hikmət Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində həyat yoldaşı, 24 yaşlı Nargilə Əkbərovanı və onun nənəsi, 62 yaşlı Kifayət Məmmədovanı bıçaqlayıb.  

Məlum olub ki, Nargilə Əkbərova 3 gün əvvəl Kürdəmirin Topalhəsənli kəndində yaşayan nənəsi Kifayət Məmmədovanın evinə qonaq gəlib. Bu gün səhər saatlarında isə onun 3 ay əvvəl ayrıldığı həyat yoldaşı Hikmət Əhədov Nargilə Əkbərovanı geri qaytarmaq məqsədilə həmin evə gəlib.

Daha sonra Hikmət Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İddiaya görə, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan Nargilə Əkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra Nargilə Əkbərova Hikmətdən ayrılaraq Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində Hikmət onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər