HADİSƏ

SON DƏQİQƏ! Bakıda güclü yanğın: Nazirlik əməkdaşları təcili əraziyə axın etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

FHN-dən 32gun.az-a verilən məlumata görə, ilkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot və məişət tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Oxşar Xəbərlər