HADİSƏ
Ölkə polisi təcili HƏRƏKƏTƏ KEÇDİ: Hazırlığa gedərkən yoxa çıxan 13 yaşlı qızdan XƏBƏR VAR (YENİLƏNİB)
Bakıda itkin düşən yeniyetmə qız Ülviyyə Həsənzadə tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə 32gun.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
09.15
Bakıda yeniyetmə qız itkin düşüb.
32gun.az xəbər verir ki, hadisə sentyabrın 28-də baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Həsənzadə Ülviyyə Ülvi qızı hazırlığa getmək adı ilə evdən çıxıb geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.