HADİSƏ

Atasının "Priora"sını aşırıb ÖLDÜ

Cəlilabadda qəza törədən sürücü ölüb.

32gun.az Lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də rayonun Sərhədabad kəndində qeydə alınıb. Sərhədov Amin Eldəniz oğlu atasının "VAZ-21723" ("Priora") markalı avtomobilini idarə edərkən onu aşırıb və ağır xəsarətlər alıb. O, müalicə olunmaq üçün Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, o, oktyabrın 5-də orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar Xəbərlər