MƏDƏNİYYƏT - ŞOU

Ruhəngiz Qasımova Honq-Konqda vəfat edibmiş - YENİLƏNİB

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova Honq-Konqda olarkən vəfat edibmiş.

32gun.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov "Instagram"da səhifəsində paylaşım edib. 

*** 20:10

Tanınmış bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova vəfat edib.

32gun.az xəbər verir ki, 82 yaşlı bəstəkar bu gün vəfat edib.

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. 

Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü idi.

Oxşar Xəbərlər