HADİSƏ
Azərbaycanda gecə saatlarında DƏHŞƏT: Polkovnik faciəvi şəkildə öldü
Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Bulvar küçəsində baş verib. Məmmədov Timur Eldaroviç idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə Ç. Alxanlı yerindəcə keçinib.
32gun.az Lent.az-a istinadə xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.