KRİMİNAL

Bakıda qadına sevgilisi 8 bıçaq zərbəsi VURDU

Bakının Sabunçu rayonunda qadın bıçaqlanıb.

32gun.az APA-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Şamil Kamilov küçəsində 1984-cü il təvəllüdlü Əliyeva Vüsalə Əliqulu qızı sevgilisi ilə mübahisə edib. Mübahisə zamanı kişi onun bədəninin müxtəlif nahiyyələrinə 8 bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı kliniki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

 

Oxşar Xəbərlər