Ağır yol qəzasının görüntüləri yayıldı - VİDEO
İmişlidə ağır yol qəzası baş verib.
32gun.az xəbər verir ki, hadisə anının görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov saytımıza açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisəsi oktyabrın 12-də saat 14 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib:
“Füzuli rayon sakini T.Hüseynovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Biləsuvar rayon sakini R.Astanovun idarə etdiyi eyni markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü, eləcə də avtomobillərdə olan sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı İmişli rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. //gundem.az