HADİSƏ
Azərbaycanda müəllim məktəbdə vəfat ETDİ (FOTO)
Sumqayıtda müəllim dərs zamanı vəfat edib.
32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib. Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.