HADİSƏ
Azərbaycanda ağır QƏZA - ölən var
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
32gun.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə xəsarət alıb. Xəsarət alanlardan biri Cəlilabad, digəri Biləsuvar xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralıların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. Qəzanın baş vermə səbəbi dəqiqləşdirilir.