Özünü yandırmaq istədiyi deyilən şəxs “102”yə zəng edibmiş - YENİLƏNİB
Dünən axşam saatlarında metroda özünü yandırmaq istədiyi bildirilən 20 yaşlı Əlisahibh Rüstəmovla bağlı detallar məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Rüstəmov “Gənclik” metrostansiyasından “Nərimanov” stansiyasına gedərkən qatarda olan zaman DİN-in 102 xidmətinə zəng edib. O, xidmətə zəngində “Koroğlu” metrostansiyasının çıxışındakı körpüdə özünü yandıracağını deyib.
Bu zaman qatarda olan və bunu eşidən şəxslər “Nərimanov” stansiyasında polis əməkdaşına məlumat veriblər. Polislər həmin şəxsi şöbəyə dəvət edərək profilaktik söhbət aparıblar və Ə.Rüstəmov intihar etmək fikrindən daşınıb.
İlkin məlumata görə, Ə.Rüstəmov Vətən müharibəsi qazisidir və son 3 ay ərzində ödəniş ala bilmədiyini iddia edərək etiraz edirmiş.
*** 10:05
Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.
32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib.
2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.